Siyəzəndə 44 yaşlı kişi özünü öldürüb

Siyəzəndə 44 yaşlı kişi özünü öldürüb
# 29 oktyabr 2014 07:29 (UTC +04:00)

Rayon prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə rayonun Yenikənd kəndində qeydə alınıb. Kənd sakini, 1970-ci il təvəllüdlü Azər Hüseynbala oğlu Həşimov yaşadığı evdə özünü asaraq intihar edib. Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR