Bakıda Heydər Əliyev prospektinə alternativ prospekt salınacaq

Bakıda Heydər Əliyev prospektinə alternativ prospekt salınacaq
# 30 mart 2013 11:27 (UTC +04:00)

Bakı. Könül Kamilqızı-APA. Gənclik meydanında yeraltı yol qovşağının inşası iyulda başa çatacaq. APA-nın məlumatına görə, bu barədə jurnalistlərə açıqlamasında nəqliyyat naziri Ziya Məmmədov bildirib. Onun sözlərinə görə, həmin vaxt yeraltı yol qovşağının açılışı keçiriləcək: “Sonradan müəyyən yerlərdə təmir-bərpa işləri həyata keçiriləcək. Eyni zamanda, Heydər Əliyev prospektinə alternativ prospekt salınacaq. Bununla əlaqədar hazırda layihələndirmə işləri başa çatıb. Gələn ay ərzində praktiki işlərə başlanacaq. Alternativ prospekt yeni inşa edilən futbol stadionunu əhatə edərək Zabrat yol qovşağına birləşəcək. Bununla da həm Heydər Əliyev prospektinə, həm də Zabrat istiqamətinə birbaşa çıxış və girişə nail olacağıq. Bu da şəhərin mərkəzi küçəsi olan Heydər Əliyev prospektində hərəkət sıxlığının yüngülləşməsinə səbəb olacaq. Bu, çox qlobal bir layihədir. Bu yol üzərində eyni zamanda, Keşlə dəmir yolu stansiyası mövcuddur. Stansiyanın üzərindən uzunluğu 1,2 kilometr olan yeni körpü inşa ediləcək. Eyni zamanda, Ziya Bünyadov prospekti ilə Koroğlu dairəsinin birləşdiyi istiqamətdə tikilən stadionun arxasından keçmək şərtilə yeni tunel inşa ediləcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR