Mərakeş Krallığının Azərbaycandakı səfiri Tərcümə Mərkəzində olub

Mərakeş Krallığının Azərbaycandakı səfiri Tərcümə Mərkəzində olub
# 29 may 2015 11:54 (UTC +04:00)

Mərkəzdən APA-ya verilən məlumata görə, qurumun direktoru Afaq Məsud ərəb ədəbiyyatından edilmiş tərcümələr, ərəb dünyasına, ədəbiyyatına və mədəniyyətinə olan maraqdan danışıb. Mərkəz sədri qeyd edib ki, son aylar nümayəndə heyəti Londonda, Budapeştdə, Çexiya Mədəniyyət Nazirliyinin rəsmi dəvəti ilə Praqada, İtaliyanın Azərbaycandakı səfiri Ciampaolo Kutillonun dəvəti ilə Turində keçirilən Beynəlxalq Kitab Sərgisində iştirak edib: “Bu istiqamətdə ərəb ölkələri ilə də sıx əməkdaşlıq yaratmaq niyyətindəyik. Ərəb dünyası bizim üçün ilk növbədə müqəddəs Məhəmməd peyğəmbərin dünyası, ərəb dili "Quran" dilidir. Müasir ərəb ədiblərinin, yazıçı və şairlərinin əsərlərini Azərbaycan dilinə, həmçinin Azərbaycan ədəbiyyatını ərəb dilinə tərcümə edib ərəb dünyasına tanıtmaq, Mərkəzin həyata keçirməyi nəzərdə tutduğu əhəmiyyətli layihələr sırasındadır”.

Səfir H. Hami görüşdə bildirib ki, xalqları, ölkələri bir-birinə tanıdıb yaxınlaşdıran, dost və qardaşlıq münasibətlərini bərqərar edən bütün növ əlaqələrdən ən önəmlisi ədəbiyyatdır: “Xalqlar bir-birini yalnız ədəbiyyat vasitəsi ilə dərk edə və sevə bilər. Azərbaycan ədəbiyyatının ərəb dünyasına tanıdılmasını vacib addım hesab edirəm və bu işdə, poeziya nümunələrinin ərəb dilinə tərcüməsi və ərəb dünyasında tanıdılması ilə bağlı sizə öz köməyimizi əsirgəməyəcəyik”.

Səfir mərkəzin əməkdaşlarını oktyabrda Mərakeşdə baş tutacaq Beynəlxalq Kitab Sərgisində iştirak etməyə dəvət edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR