Aygün Kazımova Hollivudda repçi Snop Doqla birgə klip çəkilişlərinin başa çatdırıb - FOTOSESSİYA

Aygün Kazımova Hollivudda repçi Snop Doqla birgə klip çəkilişlərinin başa çatdırıb - <span style="color: red;">FOTOSESSİYA
# 04 mart 2013 14:11 (UTC +04:00)

APA-nın məlumatına görə, Aygün Kazımova Hollivud studiyalarından birində baş tutan çəkilişin təəssüratlarını belə ifadə edib: “Sanki 100 ildir bir-birimizi tanıyırdıq. Klipin digər səhnələrini reallaşdırmaq üçün martın 15-də Avropa ölkələrinə yola düşəcəyik. Klip aprel ayının ortalarında tam hazır şəkildə mediaya təqdim olunacaq. Təqdimat mərasimi əvvəlcə vətənimdə, sonra isə Türkiyədə olacaq. Eyni zamanda müqaviləmizə görə klip dünyanın bütün əsas telekanallarında yayımlanacaq”.

Bundan əlavə olaraq iyulda Aygün Kazımovanın Avropa turnesi başlayacaq. Qeyd edək ki, bu, Türkiyənin “Dokuzsekiz müzik yapım” şirkəti ilə Aygün Kazımovanın birgə həyata keçirdiyi 4-cü layihədir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR