Bakıda zəncirvari yol qəzası baş verib, xəsarət alanlar var

Bakıda zəncirvari yol qəzası baş verib, xəsarət alanlar var
# 16 iyul 2015 10:33 (UTC +04:00)

Bakı. Fuad Cəfərov – APA. Bakıda yol qəzası qeydə alınıb.

APA-nın məlumatına görə, hadisə paytaxtın Nizami rayonunda, Babək prospektində qeydə alınıb.

Bakı şəhər sakini 1985-ci il təvəllüdlü Elçin Şəfiyevin idarə etdiyi, “Toyota Corolla”, 1971-ci il təvəllüdlü Azər Əliyevin idarə etdiyi “Mercedes”, 1991-ci il təvəllüdlü Elxan Hüseynovun idarə etdiyi “Hyundai” markalı avtomobillər toqquşub.

Qəza nəticəsindən E. Şəfiyev, A. Əliyev və sərnişinləri Firəngiz Məmmədova xəsarətlə Travmatologiya İnstitutuna yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR