Gəncədə məktəbli bıçaqlanıb - YENİLƏNİB-1

Gəncədə məktəbli bıçaqlanıb  - YENİLƏNİB-1
# 03 may 2024 11:50 (UTC +04:00)

Mayın 2-də Gəncə şəhər 17 nömrəli tam orta məktəbin şagirdləri arasında dərsdən sonra məktəb binasından kənarda insident (şagirdlərin bir-birinə xəsarət yetirməsi) yaşanıb.

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən APA-ya bildirilib ki, baş vermiş hadisə ilə bağlı dərhal hüquq-mühafizə orqanlarına məlumat verilib, hazırda araşdırma aparılır. Araşdırmanın nəticəsi barədə ictimaiyyətə məlumat veriləcək.

Qeyd edilib ki, məktəb rəhbərliyi və kollektivi insident zamanı xəsarət almış şagirdə baş çəkib, vəziyyəti ilə maraqlanıb. Şagirdin vəziyyəti yaxşı olaraq qiymətləndirilir.

***

2 may, 20.22

Gəncədə məktəblini bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov məlumat verib.

Onun sözlərinə görə, keçirilmiş tədbirlərlə R. İbrahimova kəsici-deşici alətlə xəsarət yetirməkdə şübhəli bilinən şəxsin 2007-ci il təvəllüdlü S. İsayev olması müəyyən edilib.

Şübhəli şəxs saxlanılıb, araşdırmalar davam etdirilir.

Xatırladaq ki, hadisə məktəbdən kənar, saat 15:00 radələrində baş verib.

***

19:57

Gəncədə bıçaqlanma hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Sadıllı qəsəbəsində yerləşən 17 saylı tam orta məktəbdə qeydə alınıb.

Belə ki, məktəbin şagirdi olan oğlan bıçaqlanma diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Hadisənin baş vermə səbəbləri araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR