Samuxda maşın piyadanı vuraraq öldürüb

Samuxda maşın piyadanı vuraraq öldürüb
# 29 iyun 2015 13:12 (UTC +04:00)

Samux. Azər Məmmədli - APA. Samuxda ölümlə nəticələnən yol nəqliyyat qəzası baş verib.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə ötən gecə saat 1 radələrində rayonun Qarayeri qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakini, 1991-ci il təvəllüdlü Əli Əliyev yolu keçmək istəyərkən həmyerlisi, 1984-cü il təvəllüdlü Teymur Hacıyevin idarə etdiyi “VAZ 2107” markalı avtomobil tərəfindən vurulub. Ə. Əliyev hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı Samux rayon Polis Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR