Paşha Bank
Bank Of Baku

Qanıx çayı Gürcüstan ərazisində daşıb, magistral yol bağlanıb

Qanıx çayı Gürcüstan ərazisində daşıb, magistral yol bağlanıb
# 06 may 2019 17:09 (UTC +04:00)

Gürcüstanla Azərbaycan sərhədindən keçən Qanıx çayı (Alazan) daşıb.

ONA-nın Gürcüstan bürosunun məlumatına görə, Gürcüstan-Azərbaycan sərhədi yaxınlığında yerləşən Heretiskari kəndinə gedən yol bağlanıb. Məlumatı Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyi yayıb. Bildirilib ki, daşqın səbəbi ilə Tbilisi-Bakurtsixe-Laqadexi beynəlxalq magistral yolun bir hissəsində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb və sürücülərə alternativ Gurjaani-Çabukiani-Appan yolundan istifadə etmək tövsiyə olunub.

Qeyd edək ki, Qanıx çayı Kürün ən böyük qoludur və  Mingəçevir su anbarına tökülür.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR