Sahibkarlığa Kömək Milli Fondu Salyan sahibkarlarından investisiya layihələrinin qəbuluna başlayıb

Sahibkarlığa Kömək Milli Fondu Salyan sahibkarlarından investisiya layihələrinin qəbuluna başlayıb
# 12 iyul 2014 11:45 (UTC +04:00)

Bakı. Pərviz Nuriyev - APA-Economics. İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Salyan rayonunda prioritet sahələr üzrə sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayıb.

Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, Salyan rayonu üzrə sahibkarlıq subyektlərindən ixtisaslaşdırılmış “yaşıl market”in, müasir ət kəsimi müəssisəsinin, 50 başlıq südlük istiqamətli müasir ailə fermer təsərrüfatlarının, kiçik və ya orta həcmli üzümçülük təsərrüfatlarının, kiçik meyvəqurutma və plastik qapı-pəncərə istehsalı müəssisələrinin və iri taxılçılıq və intensiv bağçılıq təsərrüfatlarının yaradılması istiqamətlərdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib.

Sahibkarlar bu sahələr üzrə nümunəvi layihələri SKMF-dan əldə edə bilərlər.

Sahibkarların istəyinə əsasən, bu investisiya layihələrinin dəyərinin 100%-dək hissəsi dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcək. Bu gündən etibarən sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə Fonda müraciət edə bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR