Azərbaycanda tələbə intihara cəhd edib

Azərbaycanda tələbə intihara cəhd edib
# 23 avqust 2014 06:59 (UTC +04:00)

Zaqatala Rayon Mərkəzi Xəstəxanasından (RMX) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, Balakən rayonu Talalar kənd sakini, 1992-ci il təvəllüdlü Muxtar Sabir oğlu Mustafayev avqustun 22-si gecə saat 23:45 radələrində sol qolunun bilək nahiyəsinin doğranmış yarası ilə xəstəxanaya daxil olub.

M. Mustafayevə xəstəxanada lazımi tibbi yardım göstərilib, vəziyyəti yaxşı olduğu üçün bu gün səhər saatlarında evə buraxılıb.

Zaqatala Rayon Polis Şöbəsindən APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, ilkin araşdırma zamanı məlum olub ki, Zaqatala Dövlət İdarəetmə və Texnologiya Kollecinin 4-cü kurs tələbəsi olan Muxtar Mustafayev intihar etmək məqsədi ilə sol qolunun bilək nahiyəsini kəsici alətlə doğrayıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR