Azərbaycan prezidenti İndoneziya Parlamenti Nümayəndələr Palatası sədrini qəbul edib

Azərbaycan prezidenti İndoneziya Parlamenti Nümayəndələr Palatası sədrini qəbul edib
# 16 aprel 2013 15:53 (UTC +04:00)

APA-nın məlumatına görə, dövlət başçısı Azərbaycanla İndoneziya arasında münasibətlərin ikitərəfli formatda uğurla inkişaf etdiyini bildirib, əlaqələrin siyasi, iqtisadi, parlamentlərarası əməkdaşlıq və digər sahələrdə genişləndirildiyini vurğulayıb.

Son vaxtlar siyasi əlaqələrin daha da intensivləşdiyini deyən prezident bu əməkdaşlığın inkişafında müxtəlif səviyyəli qarşılıqlı səfərlərin önəmini qeyd edib. Ölkələrin beynəlxalq təşkilatlar çərçivəsində bir-birinə daim dəstək verdiklərini deyən dövlət başçısı bu dəstəyin gələcəkdə də davam etdiriləcəyinə əminliyini ifadə edib. Prezident bu səfərin ikitərəfli münasibətlərin daha da genişləndirilməsi işinə təkan verəcəyinə ümidvar olduğunu bildirib.

Öz növbəsində, M. Alie ölkələr arasında əlaqələrin təhsil, turizm, ticarət, tikinti və digər sahələrdə genişləndirilməsi üçün də böyük imkanların olduğunu vurğulayıb. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan qonaq ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini bildirib, münaqişənin yalnız BMT Təhlükəsizlik Şurasının qətnamələri nəzərə alınmaqla beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində həllinə tərəfdar olduğunu deyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR