Şimal rayonlarının məktəbliləri “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən tur-aksiyaya qoşulub - FOTOSESSİYA

Şimal rayonlarının məktəbliləri  “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən tur-aksiyaya qoşulub - <span style="color: red;">FOTOSESSİYA
# 17 noyabr 2015 08:00 (UTC +04:00)

Quba. Vəli Turan – APA. Şimal regionun əhatə edən 6 rayonun məktəbliləri “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiyaya qoşulub.

APA-nın şimal bürosunun xəbərinə görə, Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən və Xızıdan olan ümumilikdə 210 şagird İsmayıllı-Şəki-Qəbələ marşrutu üzrə ekskursiyaya yola salınıblar. Xaçmazdakı Heydər Əliyev adına parkda şagirdlərin yola salma mərasimi keçirilib. İcra hakimiyyəti, təhsil şöbəsi və məktəb nümayəndələri eləcə də valideynlər məktəblilərə uğurlar arzulayıb. Həyata keçirilən tur-aksiya çərçivəsində məktəblilər bu gün Qusar, noyabrın 18-də Quba, 20-də isə Xaçmaz rayonlarına səfər edəcəklər. Məktəblilər buradakı mədəniyyət abidələri, turizm mərkəzləri və digər görməli yerlərlə yaxından tanış olacaqlar. Səfərlə bağlı bütün xərclər dövlət tərəfindən ödənilir. Məktəblilər tur-aksiyanın gedişi ilə bağlı tam təlimatlandırıldıqdan sonra səfərə yola salınıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR