Gürcüstanın baş naziri diplomatik korpusla görüşüb - FOTO

Gürcüstanın baş naziri diplomatik korpusla görüşüb - <span style="color: red;">FOTO
# 22 fevral 2013 16:03 (UTC +04:00)

Tiflis. Nizami Məmmədzadə-APA. Gürcüstanın baş naziri Bidzina İvanişvili ölkədə akkreditə olunan diplomatik korpusun nümayəndələri ilə görüşüb. APA-nın Gürcüstan bürosunun məlumatına görə, tədbir başlamazdan əvvəl parlamentin Avroatlantik və avrostruktur məsələləri üzrə komitə sədri Aleksi Petriaşvili jurnalistlərə açıqlamasında görüşün intensiv məsləhətləşmələr məqsədi daşıdığını bildirib: “Görüşdə Gürcüstan siyasətinin prioritet məqamları haqqında söhbətlər aparılacaq.”

Tədbir jurnalistlər üçün qapalı keçirilib.

Tədbirə Gürcüstanın xarici işlər naziri Maya Pancikidze, Avropa Birliyinin Gürcüstandakı nümayəndəliyinin rəhbəri Filipp Dimitrov, müxtəlif ölkələrin səfirləri və Gürcüstanın digər rəsmi şəxsləri qatılıblar.

Tədbirdə Azərbaycan səfiri Azər Hüseyn də iştirak edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR