Heydər Əliyev Fondunun “Talassemiyasız həyat naminə” proqramı çərçivəsində qanvermə aksiyası keçirilib - FOTO

Heydər Əliyev Fondunun “Talassemiyasız həyat naminə” proqramı çərçivəsində qanvermə aksiyası keçirilib - <span style="color: red;">FOTO
# 16 aprel 2015 08:19 (UTC +04:00)

Bakı-APA. Aprelin 16-da İqtisadiyyat və Sənaye Nazirliyinin əməkdaşları Heydər Əliyev Fondunun “Talassemiyasız həyat naminə” proqramı çərçivəsində talassemiyadan əziyyət çəkən uşaqlara yardım etmək məqsədilə qan veriblər.

Heydər Əliyev Fondundan APA-ya verilən məlumata görə, müəyyənləşdirilmiş qrafik üzrə nazirliyin qurumlarında da qanvermə aksiyası keçirilib, “Sumqayıt Kimya Sənaye Parkı” MMC-də və Azərbaycan İnvestisiya Şirkətində qanvermə aksiyası təşkil olunub.

Nazirliyin digər qurumlarında da xeyriyyə tədbirlərinin keçirilməsi nəzərdə tutulur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR