Ötən il Azərbaycanda səhiyyə sahəsində yol verilən pozuntulara görə 235 nəfər cinayət məsuliyyətinə cəlb olunub

Ötən il Azərbaycanda səhiyyə sahəsində yol verilən pozuntulara görə 235 nəfər cinayət məsuliyyətinə cəlb olunub
# 07 mart 2013 13:58 (UTC +04:00)

Bu cinayət işlərinin 52-si məhz doğum evləri və qadın məsləhətxanaları ilə bağlıdır”. APA-nın xəbərinə görə, bu barədə səhiyyə naziri Oqtay Şirəliyev nazirliyin kollegiya iclasında məlumat verib. Ana ölümünün yolverilməz və bağışlanmaz hal olduğunu deyən nazir qeyd edib ki, belə hadisələr əsasən ya anestezioloqun, ya da mama-ginekoloqun səhvi nəticəsində baş verir: “Mama-ginekoloqlar insan həyatını riskə atmaq əvəzinə öhdəsindən gələ bilməyəcəkləri ağır doğuşlardan imtina etməlidir”. Qeysər kəsiyi əməliyyatlarına gəlincə, nazir göstəriş olmadan belə müdaxilələrin yolverilməz olduğunu deyib: “Əvvəllər Azərbaycanda Qeysər kəsiyi əməliyyatları edən mama-ginekoloqların sayı çox az idi. Amma indi hər 3 mama-ginekoloqdan biri və ya ikisi belə əməliyyatlar edir. Amma bacarmaq o demək deyil ki, mütləq kəsəsən”.

Səhiyyə Nazirliyinin tibbi yardımın təşkili şöbəsinin müdiri Gülmirzə Poladov isə təhlil və müzakirələr nəticəsində doğuşa yardım xidməti üzrə bir sıra məsuliyyət tədbirlərinin həyata keçirildiyini deyib: “Yevlax, Mingəçevir, Qəbələ mərkəzi rayon xəstəxanalarının baş mama-ginekoloqları, Bakı 4 saylı Doğum Evinin iki şöbə müdiri, Şəki və Qusar mərkəzi xəstəxanalarının aidiyyəti həkimləri işdən azad olunublar. Eyni zamanda, 10 həkim mama-ginekoloq stasionar işdən kənarlaşdırılıb, 75 tibb işçisinə qarşı inzibati cəza tədbirləri görülüb və onlar təkmilləşdirmə kurslarına göndəriliblər. Bununla yanaşı, Mamalıq və Ginekologiya İnstitutunda baş vermiş ölüm hadisəsi ilə əlaqədar olaraq, Səhiyyə Nazirliyinin müvafiq əmri ilə Ailə Planlanması Məsləhətxanasının Ekstrakorparal mayalanma şöbəsinin fəaliyyəti dayandırılıb və adı çəkilən İnstitutun strukturunda müvafiq şöbə yaradılıb”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR