Azərbaycan millisi Almaniyada təlim-məşq toplanışı keçəcək

Azərbaycan millisi Almaniyada təlim-məşq toplanışı keçəcək
# 01 oktyabr 2014 10:25 (UTC +04:00)

Bakı - APA. Oktyabrın 4-dən 14-dək 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Almaniyanın Frankfurt şəhərində təlim-məşq toplanışı keçirəcək. Apasport.az saytının məlumatına görə, almaniyalı baş məşqçi Bernard Lippert toplanışa 19 futbolçu çağırıb.

Bu futbolçulardan ikisi ölkə xaricindən dəvət alıb. Ukrayna və Rusiya klublarından dəvət olunan oyunçular Almaniya toplanışına yollanacaq: Şahrudin Maqomedaliyev, Tərlan Əhmədli (hər ikisi “Sumqayıt”), Elşən Abdullayev, Elvin Bədəlov, Samir Məsimov, Məqsəd İsayev, Maksim Vaylo (hamısı “Neftçi”), Elvin Camalov, Murad Musayev, Şirməhəmməd Məmmədov (hamısı “Qəbələ”), Vadim Abdullayev, Vüqar Mustafayev (hər ikisi “Simurq”), Azər Salahlı, Fuad Bayramov (hər ikisi “İnter”), Namik Ələskərov (“Qarabağ”), Azad Kərimov (“Bakı”), Qvanzav Maqomedov (“Zirə”), Elbəyi Quliyev (“Ural”, Rusiya), Bayram Budaqov (“Dnepr”, Ukrayna).

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR