Azərbaycanda 18 nəfəri ilan sancıb

Azərbaycanda 18 nəfəri ilan sancıb
# 06 iyul 2015 08:14 (UTC +04:00)

Klinik Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri, baş toksikoloq Azər Maqsudov APA-ya bildirib ki, zərərçəkənlərdən 12 nəfər xəstəxanaya yerləşdirilib, onlardan 2-si azyaşlıdır.

İlan sancma nəticəsində ölüm halı qeydə alınmayıb. Onların böyük əksəriyyətinə tibbi yardım göstərildikdən sonra evə buraxılıb. İlan sancma halları əsasən Bakı ətrafı qəsəbələrdə - Zirə, Güzdək, Maştağa, Qaradağ və digər ərazilərdə baş verib.

A.Maqsudov qeyd edib ki, iyun ayında əqrəb sancması ilə bağlı 3, qaraqurd sancması ilə bağlı isə 1 müraciət daxil olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR