Azərbaycanlılar Böyük Britaniyada İran əleyhinə aksiya keçirib - FOTOSESSİYA

Azərbaycanlılar Böyük Britaniyada İran əleyhinə aksiya keçirib - <span style="color: red;">FOTOSESSİYA
# 25 fevral 2013 07:25 (UTC +04:00)

Bakı. Könül Cəfərli - APA. Beynəlxalq Ana Dili Günü münasibətilə Böyük Britaniyanın paytaxtı London şəhərində fevralın 24-də İran əleyhinə aksiya keçirilib. Bu barədə APA-ya Güney Azərbaycan İstiqlal Partiyasının (GAİP) Böyük Britaniya üzrə təmsilçisi, Londonda yaşayan soydaşımız Araz Yurdsevən məlumat verib.

O bildirib ki, aksiyada GAİP-in, “Əl-Əhvaz” Demokratik Ərəb Cəbhəsinin və “Bəlucistan” Azadlıq Cəbhəsinin üzvləri iştirak edib: “İranda çoxlu sayda qeyri-fars millətləri də yaşayır. Yalnız farsların ana dilində təhsil almaq haqları var. İstisna hal kimi erməni məktəbləri də fəaliyyət göstərir. Qalan millətlər ana dilində təhsil ala bilmirlər. Buna etiraz olaraq yerli vaxtla saat 14:00-da əllərimizdə bayraq və plakatlarla Böyük Britaniya Baş Nazirliyinin binasının qarşısına toplaşdıq. 2 saat davam edən aksiyada “İranda mədəni soyqırıma son qoyulsun!”, “And ola Səttarxana, od vurarıq Tehrana!”, “Güney Quzey bir olsun, İran gözün kor olsun!” kimi milli və siyasi məzmunlu Azərbaycan və ingilis dillərində şüarlar səsləndirdik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR