Cəlilabadda 12 yaşlı qızı ilan sancıb

Cəlilabadda 12 yaşlı qızı ilan sancıb
# 30 may 2015 15:24 (UTC +04:00)

Cəlilabad. Ağəddin Babayev – APA. Cəlilabadda 12 yaşlı qızı gürzə ilanı sancıb.


APA-nın Cənub bürosunun məlumatına görə, hadisə rayonun Kövüzbulaq kəndində 2003-cü il təvəllüdlü Könül Babək qızı Abbasovanın ailə üzvləri ilə birlikdə otlaq sahəsində təsərrüfat işləri görərkən baş verib.


Zərərçəkən dərhal Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına (MRX) çatdırılıb. Burada ona ilan zəhəri əleyhinə zərdab vurulduqdan sonra vəziyyəti stabilləşib.


Cəlilabad MRX-dan APA-nın yerli bürosuna verilən məlumata görə, may ayı ərzində rayonda üçüncü dəfədir ilansancma hadisəsi baş verir. Vaxtında göstərilən tibbi yardım nəticəsində xoşbəxtlikdən hər üç hadisədə ölüm faktı qeydə alınmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR