Azərbaycan çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət açıqlanıb

Azərbaycan çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət açıqlanıb
# 29 mart 2013 09:21 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 80-200, Kiçik Qafqazın çaylarında 50-250, Lənkəran-Astara bölgəsi çaylarında 10-70, Naxçıvan MR çaylarında isə 30 faizini təşkil edir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən xəbərə görə, martın 29-da Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 3 sm azalma qeydə alınıb. Hazırda məntəqədə su sərfi 260 m3/s olmaqla, ongünlük normanın 85 faizini təşkil edir. Martın 29-da Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 4 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 122 m3/s olmaqla, ongünlük normanın 109 faizini təşkil edir.

Bu gün Kür çayının aşağı axınında suyun səviyyəsində mühüm dəyişiklik müşahidə olunmayıb. Belə ki, Kür çayının Surra məntəqəsində suyun səviyyəsində 10 sm, Şirvanda 9 sm azalma, Bankədə 4 sm, Araz çayının Novruzlu məntəqəsində 1 sm artım müşahidə olunub, Salyanda isə suyun səviyyəsində dəyişiklik qeydə alınmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR