Apreldə avtomobil sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə 3 mln. manata yaxın sığorta ödənişi verilib

Apreldə avtomobil sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə 3 mln. manata yaxın sığorta ödənişi verilib
# 01 may 2015 08:50 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. Aprel ayı ərzində “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” üzrə İcbari Sığorta Bürosunun (İSB) iştirakçıları olan sığorta şirkətləri tərəfindən 1 899 sığorta tələbi üzrə 2 mln. 401,715 min manat məbləğində sığorta ödənişi həyata keçirilib.

Bu barədə “APA-Economics”ə İSB-dən məlumat verilib.

Ödənilmiş sığorta tələblərinin və həmin tələblər üzrə həyata keçirilmiş sığorta ödənişlərinin zərərin növü üzrə bölgüsü aşağıdakı kimidir:

Qeyd edək ki, aprel ayında İSB tərəfindən 3 kompensasiya tələbi üzrə 10 min 750 manat məbləğində kompensasiya ödənişi həyata keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR