Bakıda top mərmisinin gövdəsi tapılıb

Bakıda top mərmisinin gövdəsi tapılıb
# 14 avqust 2014 06:48 (UTC +04:00)

Bakı – APA. Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonunda döyüş sursatının aşkarlanması barədə məlumat daxil olub.

APA-nın FHN-in saytına istinadən verdiyi məlumata görə, Nazirliyin müvafiq qurumlarının mütəxəssisləri və xilasediciləri lazımi tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb edilib, aidiyyəti qurumlar məlumatlandırılıb.

Nazirliyin mütəxəssisləri aşkarlanmış sursata baxış keçiriblər. Müəyyən olunub ki, bu, 1 ədəd top mərmisinin gövdəsidir. Mərminin gövdəsi götürülərək ərazidən uzaqlaşdırılıb.

Xilasedicilər hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birlikdə əraziyə təkrar baxış keçirib və digər şübhəli əşya aşkar etməyiblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR