Dünya birjalarında qızıl 2 dollar bahalaşıb

Dünya birjalarında qızıl 2 dollar bahalaşıb
# 05 iyun 2015 06:27 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Amerika fond bazarında Dow Jones indeksi 0,94% - 17 905,58 bəndədək, S&P 500 0,86% - 2 095,84 bəndədək, NASDAQ 0,79% - 5 059,13 bəndədək azalıb.

APA-Economics”in məlumatına görə, Avropa fond bazarlarında FTSE 100 indeksi 1,31% - 6 859,24 bəndədək, Fransa CAC-40-ı 0,93% - 4 987,13 bəndədək, Almaniya DAX-ı 0,69% - 11 340,60 bəndədək ucuzlaşıb.

Asiya fond bazarında Nikkei 225 indeksi 0,37% - 20 411,45 bəndədək, Shanghai 0,12% - 5 174,02 bəndədək, Hang Seng 0,73% - 27 349,48 bəndədək ucuzlaşıb.

COMEX-də sonuncu hərraclarda qızılın bir unsiyasının qiyməti 2 dollar artaraq 1 177,20 dollara, gümüş isə 0,04 dollar bahalaşaraq 16,14 dollara satılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR