Sumqayıtda 14 yaşlı uşaq dənizdə batıb

Sumqayıtda 14 yaşlı uşaq dənizdə batıb
# 17 iyul 2014 13:24 (UTC +04:00)

Bakı. Fuad Cəfərov – APA. Sumqayıtda 14 yaşlı uşaq suda batıb. APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən 2000-ci il təvəllüdlü Balaxan Namiq oğlu Gülməmmədov Sumqayıt şəhəri ərazisində dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təxminən 8 km məsafədə, çimmək üçün təhlükəli nəzarət olunmayan ərazidə) batıb. Dərhal FHN-in müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub və axtarışlara başlayıb. B. Gülməmmədovun cəsədi dalğıc-xilasedicilər tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR