Azərbaycan prezidenti Küveyt əmirini və vəliəhdini təbrik edib

Azərbaycan prezidenti Küveyt əmirini və vəliəhdini təbrik edib
# 25 fevral 2013 15:57 (UTC +04:00)

Bakı - APA. Azərbaycan prezidenti İlham Əliyev Küveyt Dövlətinin Əmiri şeyx Sabah əl-Əhməd əl-Cabir əs-Sabaha təbrik məktubu göndərib. APA-nın məlumatına görə, təbrikdə deyilir: “Küveyt Dövlətinin milli bayramı münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.

Əminəm ki, xalqlarımız arasındakı ənənəvi dostluq münasibətlərinin möhkəmlənməsi, istər ikitərəfli qaydada, istərsə də beynəlxalq qurumlar çərçivəsində əməkdaşlığımızın dərinləşdirilməsi istiqamətində qarşılıqlı səylərimizi bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik.

Belə bir xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Küveyt xalqına sülh və firavanlıq arzulayıram”.

Prezident İ. Əliyev Küveyt Dövlətinin Vəliəhdi Şahzadə şeyx Nəvvaf əl-Əhməd əl-Cabir əs-Sabaha da təbrik ünvanlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR