Misir Mərdanov: "Bu gün istifadə olunan dərsliklərin ləğvi barədə fikir söyləmək doğru deyil"

Misir Mərdanov: "Bu gün istifadə olunan dərsliklərin ləğvi barədə fikir söyləmək doğru deyil"
# 21 fevral 2013 10:18 (UTC +04:00)

Bakı. Könül Kamilqızı-APA. "Mənə elə gəlir ki, bu gün istifadədə olan dərsliklərin ləğvi barədə fikir söyləmək doğru deyil. Bunun üçün dərs ili başa çatmalıdır". APA-nın xəbərinə görə, bu açıqlamanı jurnalistlərə təhsil naziri Misir Mərdanov Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının Ekspert Şurası tərəfindən I və III siniflərin 5 adda dərsliyinin tədrisdə istifadənin məqsədəuyğun olmadığı barədə verdiyi rəyə münasibət bildirərkən deyib.

O bildirib ki, dərslikləri qəbul və ya ləğv etmək səlahiyyəti hansı quruma verilibsə, yalnız həmin qurum vəsaitləri ləğv edə bilər. M. Mərdanovun sözlərinə görə, TQDK-nın yalnız düzgün olan təklif və rəyləri gələn il dərsliklərin hazırlanmasında hökmən nəzərə alınacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR