BMT baş katibi Beynəlxalq Qadınlar Günü münasibəti ilə müraciət yayıb

BMT baş katibi Beynəlxalq Qadınlar Günü münasibəti ilə müraciət yayıb
# 04 mart 2013 07:57 (UTC +04:00)

Bakı-APA. BMT baş katibi Pan Gi Mun Beynəlxalq Qadınlar Günü münasibəti ilə müraciət yayıb. BMT-nin Azərbaycandakı nümayəndəliyindən APA-ya verilən məlumata görə, müraciətdə qeyd olunub ki, beynəlxalq qadınlar gününü qeyd etdiyimiz bir vaxtda qadınlara və qızlara qarşı dəhşətli zorakılıq və cinayətlərlə yadda qalan ötən ilə nəzər salmalı və daha yaxşı gələcək qurmaq üçün nələr etməli olduğumuzu özümüzə sual etməliyik: “Keçən il gənc bir qadın quldur dəstə tərəfindən zorlanaraq öldürülüb. Digər bir qadın isə əslində cinayətkarların keçirməli olduqları utanc hissindən özünə qəsd etdi. Yeniyetmələr təhsil almağa cəsarət etdiklərinə görə güllələndilər.

Qlobal səviyyədə haqlı olaraq insanların qəzəbinə səbəb olan bu vəhşiliklər əslində bütün cəmiyyətlərdə həyatın hər bir sahəsində rast gəlinən daha böyük problemin bir hissəsidir.

Ətrafınızda olan qadınlara baxın. Ailə və icmalarınızda qayğı göstərərək sevdiyiniz insanları xatırlayın. Bir faktı anlayaq ki, bu qadınlardan çoxu yaşadıqları müddət ərzində zorakılıqdan əziyyət çəkiblər. Daha çox sayda qadın isə zorakılığa məruz qalmış bacı və ya dostlarının kədər və qəzəbini bölüşüblər.

Bu ilki Beynəlxalq Qadınlar Günündə biz qəzəblənməyi bir tərəfə qoyub, hərəkətə keçməliyik. Biz qadınlara qarşı törədilən cinayətləri cəzalandıracağımızı və heç vaxt qadınların onlara edilən cinayətlərə görə cəzalandırılmalarına icazə verməyəcəyimizi bəyan etməliyik. Biz bu gün istər ailə daxilində, istərsə də iş yerlərində, münaqişə zonalarında yaxud dinc ölkələrdə, ən əsası isə insanların beyinlərində bu problemlə mübarizə aparacağımıza bir daha söz veririk.

Biz cinsi zorakılığın qarşı tərəfin ləyaqətini alçaldaraq düşmənini təhqir etmək üçün vasitəyə çevrildiyi münaqişə zonalarında yaşayan qadınlara xüsusilə söz veririk”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR