Tailand polisi: Banqkokda törədilən partlayış terror aktı olmayıb

Tailand polisi: Banqkokda törədilən partlayış terror aktı olmayıb
# 29 avqust 2015 18:31 (UTC +04:00)

Bakı-APA. Avqustun 17-də Tailandın paytaxtı Banqkokda törədilən partlayışın beynəlxalq terrorizmlə əlaqəsi yoxdur.

APA-nın “The Associated Press” agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Tailand polisinin nümayəndəsi bildirib.

Onun sözlərinə görə, cinayət şəxsi düşmənçilik zəminində törədilib. Bununla belə, polis nümayəndəsi hadisə ilə əlaqədar digər detallara heç bir şərh verməyib.

Bundan əvvəl bildirilirdi ki, cinayəti törətməkdə şübhəli bilinən şəxs Tailand vətəndaşı deyil.

Xatırladaq ki, avqustun 17-də Tailandın paytaxtı Banqkokda baş vermiş parlayış nəticəsində 20 nəfər ölmüş, 120 nəfər xəsarət almışdı.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR