Bakı-Tiflis-Ceyhan neft kəmərinin ötürücülük qabiliyyətini 60 mln. tona çatdırıla bilər

Bakı-Tiflis-Ceyhan neft kəmərinin ötürücülük qabiliyyətini 60 mln. tona çatdırıla bilər
# 07 may 2015 12:23 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. Bakı-Tiflis-Ceyhan (BTC) neft kəmərinin ötürücülük qabiliyyətini 60 mln. tona çatdırmaq mümkündür.

APA-Economics”in məlumatına görə bu barədə məlumat APA-nın məlumatına görə, bunu Yeni Azərbaycan Partiyasının İcra Katibliyi tərəfindən “Azərbaycan müasir dünyada” mövzusunda konfransı üçün hazırlanan “Azərbaycan müasir dünyada” kitabında “Azərbaycanın möhtəşəm ünürji strategiyası müasir dünyada” məqaləsində Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev deyib.

Onun sözlərinə görə, hazırda kəmərin ötürücülük qabiliyyəti ildə 50 mln. ton təşkil edir.

R.Abdullayev əlavə edib ki, bu ilin martın 1-dək dünya bazarlarına 402 mln. tona yaxın, ö cümlədən BTC ilə 268,5 mln. ton, Bakı-Supsa kəməri ilə 71,2 mln. ton, Bakı-Novorossisysk kəməri ilə 39,6 mln. ton və dəmir yolu ilə 20,8 mln. ton neft nəql edilib. Eyni dövrdə BTC vasitəsi ilə 13 mln. tona yaxın Türkmənistan, 6,4 mln. tondan artıq Qazaxıstan nefti nəql edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR