Ontario gölü öz adını qoruyacaq.
APA xəbər verir ki, bunu Kanada Baş naziri Mark Karni ABŞ Prezidenti Donald Trampın gölün adının “Amerika gölü” olaraq dəyişdirilməsi ilə bağlı qərarını şərh edərkən “X” hesabında bildirib.
“Bu adın artıq 400 ildən çox yaşı var. Bu ad Kanada Konfederasiyasının yaranmasından və ABŞ-ın müstəqillik bəyannaməsinin qəbul edilməsindən çox əvvəl mövcud olub”, – deyə Karni qeyd edib.
Kanada Baş naziri ABŞ-da baş verən dəyişikliklərə də diqqət çəkib.
“ABŞ dəyişir. Onların ticarət əlaqələri, xarici siyasəti, milli abidələri, coğrafi adları dəyişir”, – deyə Karni yazıb.
“Kanadalılar isə əşyaları öz adları ilə çağırmağın bu gölü Ontario gölü adlandırmaq demək olduğunu bilirlər. Belə olub, belədir və həmişə belə olacaq”, – deyə Kanada Baş naziri vurğulayıb.