Bakıda havanın temperaturu iqlim normasından 2-3 dərəcə yüksək olub

Bakıda havanın temperaturu iqlim normasından 2-3 dərəcə yüksək olub
# 20 iyun 2016 13:03 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Son günlər ölkə ərazisində iqlim normasından yüksək temperatur müşahidə olunur. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor əvəzi Gülşad Məmmədova APA-ya açıqlamasında deyib ki, dünən Bakıda və Abşeron yarımadasında iqlim normasından yüksək temperatur qeydə alınıb. İyunun 19-da paytaxtda havanın temperaturu iqlim normasından 2-3 dərəcə yüksək olub.

Belə isti hava şəraiti ölkə ərazisində bu gün və sabah da davam edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR