ABŞ-ın müttəfiqləri Vaşinqtonun əksini açıqlamasına baxmayaraq, Hörmüz boğazında hələ də minaların qala biləcəyini düşünür.
Bu barədə "Bloomberg" məlumat yayıb.
Agentliyin məlumatına görə, ABŞ-ın müttəfiqləri boğazın minalardan təmizlənməsi istiqamətində yalnız qismən irəliləyiş əldə edildiyini hesab edirlər.
Müttəfiqlərin fikrincə, bəzi minalar sualtı axınların təsiri ilə ilkin mövqelərini dəyişmiş ola bilər.