Paşha Bank
Bank Of Baku

Lavrov Ukraynada müharibə başlayandan sonra ilk dəfə Almaniyanın xarici işlər naziri ilə görüşüb

​​​​​​​Rusiya xarici işlər naziri Sergey Lavrov və Almaniyanın xarici işlər naziri İohann Vadeful

© APA | ​​​​​​​Rusiya xarici işlər naziri Sergey Lavrov və Almaniyanın xarici işlər naziri İohann Vadeful

# 26 sentyabr 2026 19:22 (UTC +04:00)

Rusiya xarici işlər naziri Sergey Lavrov Almaniyanın xarici işlər naziri İohann Vadeful ilə görüşüb.

APA xəbər verir ki, görüş BMT Baş Assambleyasının 81-ci sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində Nyu-Yorkda keçirilib.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın sözlərinə görə, görüş Almaniya tərəfinin təşəbbüsü ilə baş tutub.

Rusiya və Almaniya xarici işlər nazirlərinin görüşü 2022-ci ilin yanvarından, yəni Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı müharibəsinin başlamasından əvvəlki dövrdən bəri ilk dəfə keçirilib. Sonuncu dəfə Lavrov 2022-ci il yanvarın 18-də həmin vaxt Almaniyanın xarici işlər naziri olan Annalena Berbokla görüşüb.

Budəfəki görüş 22 dəqiqə davam edib. Görüşün məzmunu ilə bağlı ətraflı məlumat açıqlanmayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR