Dövlət Gömrük Komitəsi: "Biləsuvar keçid məntəqəsinin gömrük zonasında bu gün heç bir problem yaranmayıb”

Dövlət Gömrük Komitəsi: "Biləsuvar keçid məntəqəsinin gömrük zonasında bu gün heç bir problem yaranmayıb”
# 23 may 2015 16:56 (UTC +04:00)

Bakı-APA. “Dövlət Gömrük Komitəsinin Biləsuvar keçid məntəqəsinin gömrük zonasında bu gün və bundan əvvəl də heç bir problem yaranmayıb”.

Bu barədə APA-ya Dövlət Gömrük Komitəsindən (DGK) bildirilib.

Məlumata görə, hazırda da ərazidə heç bir sıxlıq müşahidə olunmur.

Qeyd edək ki, bu gün bəzi media qurumlarında İrana keçmək istəyən 1000-ə yaxın şəxsin Dövlət Gömrük Komitəsinin Biləsuvar keçid məntəqəsinin gömrük zonasında növbə gözləməsi barədə xəbər yayılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR