SOCAR qaz hasilatını son bir ildə 17% azaldıb

SOCAR qaz hasilatını son bir ildə 17% azaldıb
# 03 aprel 2015 07:24 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu ilin FEVRAL ayında Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən 519,1 min kubmetr qaz hasil edilib.

APA-Economics”in SOCAR-ın statistik rəqəmlərinə istinadən verdiyi məlumata görə, bu, 2014-cü ilin eyni dövrü ilə müqayisədə 16,8% azdır. Bu ilin yanvar ayı ilə müqayisədə isə SOCAR-ın qaz hasilatı 8,9% azalıb.

Qeyd edək ki, bu ilin yanvar ayında SOCAR tərəfindən 570,2 min kubmetr qaz hasil edilib.

Ümumilikdə, bu ilin fevral ayında bütün ölkə üzrə 2 330 min kubmetr qaz hasil edilib ki, bu da 2014-cü ilin eyni ayı ilə müqayisədə 2,6% azdır. Yanvar ayı ilə müqayisədə isə bu rəqəm 6,6% azdır.

Qeyd edək ki, bu ilin yanvar ayında Azərbaycanda ölkə üzrə 2 496 min kubmetr qaz hasil edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR