Abbas Araqçı: “ABŞ İrandan 32 ton ağır su alıb”

Abbas Araqçı: “ABŞ İrandan 32 ton ağır su alıb”
# 12 iyul 2016 03:32 (UTC +04:00)

Bakı-APA. İran ABŞ-a 32 ton ağır su tədarük edib.

APA-nın məlumatına görə, bu barədə İranın xarici işlər nazirinin müavini Abbas Araqçı “Sima 2” telekanalına müsahibəsində bildirib.

İki ölkə arasında müvafiq müqavilə İranın nüvə proqramı üzrə saziş çərçivəsində aprel ayında Vyanada imzalanıb. Sövdələşmənin məbləği 8,6 milyon dollar təşkil edir.

“Artıq 32 ton ağır su ABŞ-a təhvil verilib, müqavilənin şərtləri tam yerinə yetirilib”, deyə A.Araqçı qeyd edib.

Onun sözlərinə görə, hazırda İran Rusiya ilə 40 ton ağır suyun tədarükünə dair danışıqlar aparır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR