Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 27 Avqust - VİDEO

Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 27 Avqust - <span style="color: red;">VİDEO
# 27 avqust 2014 17:07 (UTC +04:00)

Bakı-APA. AKP üçün çətin dönəm başlayır. Türkiyənin ən güclüsü statusunu illərdir heç bir partiyaya güzəştə getməyən AKP artıq siyasi həyatına Ərdoğansız davam edəcək. Doğrudur, sabahdan rəsmi olaraq prezident səlahiyyətlərinin icrasına başlayacaq Ərdoğanın kölgəsi heç zaman AKP üzərindən əksik olmayacaq, amma həm prezident vəzifəsini icra etmək, həm hökuməti, həm partiyanı nəzarətdə saxlamaq hətta Ərdoğan kimi xarizmatik lider üçün belə çətindir. Davudoğlu dönəmində AKP-də yenilənmə prosesi getməyəcək, bu, aksiomadır, çünki Ərdoğan 17 dekabrdan və ən son da bələdiyyə seçkilərindən sonra partiya strukturlarını demək olar ki təzələyib. Həm də təmizləyib. Davudoğlu tam yenidən qurulmuş bir partiyanın başına gəlib, Ərdoğanın kölgəsində olmasına rəğmən bu partiyanın əlini-ayağını yığmaq, seçkilərə aparmaq, seçkilərdən qalib çıxarmaq missiyasını Davudoğlu həyata keçirməlidir. Bacaracaqmı? Xarizmatik lider keyfiyyətlərinə görə sələfinə xeyli uduzan Davudoğlunun partiya idarəçiliyi sahəsində də təcrübəsi yoxdur. Onun digərlərindən tək üstün cəhəti prezidentin iradəsini tam şəkildə, heç bir korrektə etmədən həyata keçirə bilməsidir. Gələn il Türkiyədə parlament seçkiləridir, seçkilər dönəmində Davudoğlunun üzərinə böyük yük düşəcək, Ərdoğanın indiyədək gördüyü işləri indi Davudoğlu görməlidir. Yenə eyni sual – bacaracaqmı? Təbii ki, hər sualın cavabını zamanın ixtiyarına buraxmaq lazımdır, amma sualın bu dərəcədə aktual olması başdan dediyim fikri bir daha təsdiqləyir – AKP üçün çətin dönəm başlayır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR