Azərbaycan 2016-cı il dövlət büdcəsi layihəsində müdafiə məqsədləri üçün ayrılması nəzərdə tutulan vəsaitin məbləği məlum olub

Azərbaycan 2016-cı il dövlət büdcəsi layihəsində müdafiə məqsədləri üçün ayrılması nəzərdə tutulan vəsaitin məbləği məlum olub
# 22 sentyabr 2015 10:53 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Azərbaycanda 2016-cı il dövlət büdcəsi layihəsində müdafiə məqsədləri üçün 1 milyard 837 milyon 821 min 237 manat vəsaitin ayrılması nəzərdə tutulub.

APA-nın məlumatına görə, 2016-cı ilin dövlət büdcəsi layihəsində həmin vəsaitin 1 milyard 723 milyon 482 min 961 manatı müdafiə qüvvələrinə (ordu və donanma), 108 milyon 894 min 688 manatı milli təhlükəsizlik, 2 milyon 422 min 12 manatı müdafiə və təhlükəsizlik sahəsində tətbiqi tədqiqatlar, 3 milyon 21 min 576 manatı isə digər xərclər üçün nəzərdə tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR