On il əvvəl polis əməkdaşını öldürən şəxsə hökm oxunub

On il əvvəl polis əməkdaşını öldürən şəxsə hökm oxunub
# 09 dekabr 2014 08:31 (UTC +04:00)

APA-nın məlumatına görə, prosesdə hökm oxunub. Hökmə əsasən Rafiq Nurmetov 15 il, Natiq Orucov isə 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.


Qeyd edək ki, 2004-cü il avqustun 4-də naməlum şəxs Babək prospektində xidmət aparan Nizami Rayon Mühafizə İdarəsinin polis nəfəri Asif Həmidovu qətlə yetirib və ona məxsus "Makarov" tipli xidməti tabel silahını götürərək hadisə yerindən qaçıb.

Əməliyyat yolu ilə Nazirliyin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə daxil olan məlumat əsasında hadisəni törətməkdə şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş Rafiq Nurmetov saxlanılıb.

Rafiq Nurmetov istintaqa ifadəsində bildirib ki, 2004-cü il avqustun 4-də gecə saatlarında sərxoş halda polis əməkdaşına yaxınlaşıb və aralarında yaranmış münaqişə zəminində yerdən götürdüyü dəmir parçası ilə onun baş nahiyyəsinə bir neçə zərbə vurub, huşsuz vəziyyətdə olduğunu görüb xidməti silahını götürərək qaçıb. Hadisədən iki ay sonra Rafiq Nurmetov həmin tapançanı 600 ABŞ dollarına Əhmədli qəsəbəsində yaşayan Natiq adlı şəxsə satıb.

İstintaq-əməliyyat tədbirləri ilə Bakı şəhər sakini, əvvəllər ehtiyatsızlıqdan adam öldürmə cinayətinə görə məhkum olunmuş Natiq Orucov saxlanılıb. O, R.Nurmetovdan aldığı silahı Binə qəsəbəsində yaşayan qardaşı Tofiqə məxsus evin həyətində gizlətdiyini etiraf edib.

Həmin həyətə baxış zamanı içərisində 8 ədəd patronu olan sandıqça ilə birlikdə "Makarov" tipli tapança, 23 ədəd müxtəlif çaplı patron, 1 ədəd F-1 qumbarası və 1 qutu trotil aşkar olunaraq götürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR