Çavesin ölümü ilə bağlı Venesuelada 7 günlük matəm elan edilib

Çavesin ölümü ilə bağlı Venesuelada 7 günlük matəm elan edilib
# 06 mart 2013 03:16 (UTC +04:00)

Bakı-APA. Venesuelada Uqo Çavesin ölümü ilə bağlı 7 günlük matəm elan edilib. APA-nın “RBK”ya istinadən verdiyi xəbərə görə, siyasətçinin dəfn mərasimi martın 8-də keçiriləcək.

Venesuelanın Silahlı Qüvvələri artıq vitse-prezident Nikolas Maduroya hərbi and veriblər. Ölkənin qanunlarına əsasən, yaxın 30 gün ərzində yeni dövlət başçısının seçkiləri elan oluna bilər.

Xatırladaq ki, Çaves yerli vaxtla martın 5-də saat 16.25-də (Bakı vaxtı ilə martın 6-da saat 1.55-də) vəfat edib. Rəsmi ölümün səbəbi hələlik açıqlanmır, lakin Çaves 2011-ci ilin ortalarından onkoloji xəstəlikdən əziyyət çəkib.

Venesuela hökuməti Uqo Çavesin xəstəliyini düşmənlərin törətdiyi təxribat adlandırıb. Hətta Uqo Çavesin özü də ABŞ-ın insanları xərçəng hüceyrələri ilə yoluxduran bir vasitə icad edə biləcəyini istisna etməyib.

Qeyd edək ki, Uqo Çavesin öldüyü gün N.Maduro ölkədən iki ABŞ diplomatının çıxarılmasına dair göstəriş verib. Səfirliyin hər iki əməkdaşı casusluqda ittiham olunaraq “persona non qrata” elan olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR