Bakının Sabunçu rayonunda 50-yə qədər ev və həyətyanı sahəni su basıb

Bakının Sabunçu rayonunda 50-yə qədər ev və həyətyanı sahəni su basıb
# 24 aprel 2013 09:14 (UTC +04:00)

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, aprelin 23-24-də yağan intensiv yağışlar nəticəsində Bakı şəhərinin Sabunçu rayonunda bəzi ərazilərin yağış və qrunt suları ilə dolması barədə məlumat daxil olub. Fövqəladə Hallar Nazirliyinin xilasetmə qüvvələri dərhal əraziyə cəlb edilib. Hazırda mülki müdafiə qoşunlarının və Dövlət Sularda Xilasetmə Xidmətinin canlı qüvvə və texnikası ərazidədir.

İlkin məlumata görə, təxminən 50-yə qədər fərdi yaşayış evi və həyətyanı sahə subasmaya məruz qalıb, 70-ə yaxın insan xilas olunub. Ərazidə xilasetmə işləri davam etdirilir, yaranan vəziyyətin nəticələrinin aradan qaldırılması üçün müvafiq tədbirlər görülür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR