Rusiya və Ukrayna təmsilçiləri Ağ Evdə görüşəcək.
APA xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.
Məlumata görə, ABŞ-ın birinci xanımı Melaniya Tramp şəxsən hər iki ölkənin nümayəndələrinin görüşündə rol oynayacaq.
Məlumatda oktyabrın 29-da Aleşkidə elan edilən atəşkəsdən də söz açılıb və bunun ABŞ-ın birinci xanımı üçün misli görünməmiş diplomatik nailiyyət olduğu vurğulanıb.
Əlavə edilib ki, Melaniya Tramp Aleşkidəki atəşkəs barədə bəyanat verəcək.
Bəyanat noyabrın 5-də Ağ Evdə səsləndiriləcək.