Ölkələrimiz arasında müqavilə-hüquq bazasına baxdıqda 16 sənədin mövcud olduğunu, onlardan 8-i üzrə işlərin davam etdiyini görürük.
APA xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Estoniyanın xarici işlər naziri Marqus Tsahkna ilə birgə keçirdiyi mətbuat konfransında deyib.
Nazir bildirib ki, yaxın gələcəkdə həmin sənədlərin qüvvəyə minməsinin şahidi olacağıq.
O qeyd edib ki, iqtisadi sahədə ticarət dövriyyəsinin həcmini qənaətbəxş hesab etmək olmaz. Belə ki, ötən il Azərbaycandan Estoniyaya ixracın həcmi 32 milyon ABŞ dolları, Estoniyadan Azərbaycana idxalın həcmi isə 25 milyon ABŞ dolları təşkil edib.