Dələduzluqda təqsirləndirilən şəxslərə hökm oxunub

Dələduzluqda təqsirləndirilən şəxslərə hökm oxunub
# 12 fevral 2013 11:18 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluq yolu ilə vətəndaşların pullarını mənimsəməkdə təqsirləndirilən Vidadi Bağırov və Mirrafiq Mirzəyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın məlumatına görə, prosesdə hökm oxunub. Hökmə əsasən, V. Bağırov 8 il, M. Mirzəyev isə 7 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, onlar dələduzluq yolu ilə vətəndaşların pullarını mənimsəyiblər. Həmin şəxslər vətəndaşların şikayəti əsasında həbs olunublar. Təqsirləndirilən V. Bağırov bundan əvvəl də dələduzluq etdiyi üçün məhkumluq həyatı yaşayıb.

Onlar Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə təqsirləndirilirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR