Etibar Nəbiyev yenidən Bakı Apellyasiya Məhkəməsinin hakimi təyin edilib

Etibar Nəbiyev yenidən Bakı Apellyasiya Məhkəməsinin hakimi təyin edilib
# 03 aprel 2015 14:07 (UTC +04:00)

Bakı. Mübariz Aslanov - APA. Azərbaycan Milli Məclisində Etibar Nəbiyevin yenidən Bakı Apellyasiya Məhkəməsinin hakimi təyin edilməsi məsələsinə baxılıb. APA-nın məlumatına görə, parlamentin bu gün keçirilən iclasında bu məsələ səsə qoyularaq, qəbul olunub.


Qeyd edək ki, Etibar Qəzənfər oğlu Nəbiyev 1950-ci anadan olub. 1978-ci ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsinə daxil olub. E. Nəbiyevin ilk iş təcrübəsi 1979-1981-ci illərdə 26 Bakı komissarı (indiki Səbail) Rayon Prokurorluğunda müstəntiq vəzifəsində çalışmaq olub. Bakı Apellyasiya Məhkəməsinin hakimi vəzifəsinə isə 2007-ci ildə təyin olunub və indiyə qədər orada çalışır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR