“Qarabağsız Azərbaycan istəmirik!” mövzusunda məktəblilərin əl işlərindən ibarət müsabiqə keçirilib

“Qarabağsız Azərbaycan istəmirik!” mövzusunda məktəblilərin əl işlərindən ibarət müsabiqə keçirilib
# 20 fevral 2013 08:25 (UTC +04:00)

Bakı. Etibar Məmmədov – APA. Azad Qarabağ Uğrunda Alyansın təşkilatçılığı ilə “Qarabağsız Azərbaycan istəmirik!” mövzusunda məktəblilərin əl işlərindən ibarət müsabiqə keçirilib. APA-nın məlumatına görə, tədbir Xocalı soyqırımının növbəti ildönümünə həsr olunub.

Alyansın üzvü, Milli Mədəniyyət Təbliği İB-nin sədri Jalə Cəfərova bildirib ki, layihədə Bakının Nərimanov, Səbail, Binəqədi və Yasamal rayonunda yerləşən 4 məktəb iştirak edib. O deyib ki, müsabiqənin keçirilməsində məqsəd məktəblilərin Qarabağ problemini unutmaması, onların vətənpərvərlik hisslərinin gücləndirilməsi və bu mövzuda yaradıcılıq nümunələri yaradan istedadlı gənclərin ortaya çıxarılmasıdır.

Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı isə məktəblilərin əl işlərini yüksək qiymətləndirib və bu sahədə gənclərin maarifləndirilməsinin vacibliyini qeyd edib.

Sonra məktəblilərin Qarabağ mövzusunda çıxışları dinlənilib və müsabiqənin qalibləri elan olunaraq mükafatlandırılıb.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR