Azərbaycanda lotereya oyunları tarixində ən böyük məbləğ udulub

Azərbaycanda lotereya oyunları tarixində ən böyük məbləğ udulub
# 25 yanvar 2013 12:50 (UTC +04:00)

«APA-Economics»in məlumatına görə, «Azərlotereya» tərəfindən 2013-cü il 24 yanvar tarixində canlı teleyayımda keçirilən «6/40» lotereyasının 200-cü tirajında 108790 nömrəli bilet 149 745 manat (təxminən 191 min ABŞ dolları) məbləğində «CekPot»a sahib olub.

«Azərlotereya»dan bildirilib ki, ASC tərəfindən keçirilən lotereya oyunlarında iri uduşların məbləği artmaqda davam edir və hazırda «Klassik Loto» lotereyasında «Meqa Pot» 151 000 manat, «5/36» lotereyasında «Cek Pot» 120 575 manat, «Binqo» lotereyasında «Super Binqo» uduşu 151 000 manat və «Qızıl Onluq» lotereyasında isə «Cek Pot» 131 450 manat təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR