Lənkəranda qanunsuz şirniyyat istehsalının qarşısı alınıb - FOTO

Lənkəranda qanunsuz şirniyyat istehsalının qarşısı alınıb - <span style="color: red;">FOTO
# 10 mart 2015 08:07 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Lənkəran şəhərində qanunsuz fəaliyyət göstərən sexdə şirniyyat istehsalının qarşısı alınıb.

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, komitə yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinin Lənkəran ərazi idarəsi tərəfindən daxil olmuş məlumat əsasında Lənkəran şəhəri, Nizami küçəsində yerləşən Səmədova Aliyə Mirzə qızına məxsus gizli və qeyri-qanuni sahibkarlıq fəaliyyəti göstərən şirniyyat istehsalı ilə məşğul olan sexdə yoxlama aparılıb.

Araşdırma zamanı məlum olub ki, istehsal olunan şərq şirniyyatı paxlava, şəkərbura və bulka məmulatları heç bir normativ sənəd, reseptura, gigiyenik və uyğunluq sertifikatları olmadan istehsal olunur. Həmçinin istehsal zamanı istifadə olunan xammalların açıq və antisanitar şəraitdə saxlanması, mal qonşuluğuna əməl olunmaması, xammalın normativ sənədlərə uyğun olmadan qatılaraq hazırlanması faktları da aşkarlanıb.

Yoxlama nəticəsində sexdə şirniyyat istehsalı və satışı dayandırılıb, qanunvericiliyə müvafiq tədbirlər görülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR