Bakıda baş vermiş ağır qəzada 2 nəfər ölüb, 2 nəfər yaralanıb

Bakıda baş vermiş ağır qəzada 2 nəfər ölüb, 2 nəfər yaralanıb
# 04 may 2013 18:49 (UTC +04:00)

Bakı-APA. Bakıda ağır yol-nəqliyyat hadisəsi nəticəsində 2 nəfər ölüb, 2 nəfər yaralanıb. APA-nın Fövqəladə Hallar Nazirliyinin məlumatına istinadən verdiyi xəbərə görə, Bakı şəhəri, Sabunçu rayonunda “VAZ” və “Mercedes” markalı 2 minik avtomobili toqquşub.

Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olub ki, “Mercedes” markalı minik avtomobilinin sürücüsü və sərnişini xilasedicilər çatana qədər yaralı vəziyyətdə xəstəxanaya aparılıb, “VAZ” markalı minik avtomobilinin sürücüsü və sərnişini hadisə yerində ölüb. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə deformasiyaya uğramış ”VAZ” markalı minik avtomobilində sıxılmış vəziyyətdə qalmış cəsədləri çıxarıb və aidiyyəti üzrə təhvil verib. Ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR