«Şahdəniz-II» layihəsi üzrə layihələndirmə işləri başa çatıb

«Şahdəniz-II» layihəsi üzrə layihələndirmə işləri başa çatıb
# 01 fevral 2013 13:46 (UTC +04:00)

Artıq yaxın zamanda layihənin icrasına başlanacaq. «APA-Economics»in xəbər verdiyi kimi, bunu Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev bildirib.

R.Abdullayevin sözlərinə görə, layihə çərçivəsində nəzərdə tutulan bütün tikinti-quraşdırma işləri ölkə daxilində aparılacaq ki, bunun nəticəsində 15 min yüksək ixtisaslı işçi qüvvəsinə tələbat yaranacaq.

Layihə çərçivəsində 2013-2019-cu illərdə 4 yeni qazma qurğusu quraşdırılacaq və buna təxminən 4 mlrd. dollar həcmində investisiya yatırılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR